72 Qaydası

müxtəlif faizlər üzrə qoyulan pulun ikiqat artımı üçün lazım olan illərin sayını hesablamaq qaydasıdır. 72 qaydasından istifadə etmək üçün kapital qoyuluşundan gələn faizi 72-yə bölün. Cavab pulun ikiqat artımı üçün lazım olan illərin sayını göstərəcəkdir.
8-K Forması
501-(C) (3) İstiqrazı
OBASTAN VİKİ
72
72-ci il (Yetmiş ikinci il) — Cümədən başlayan uzun il. Roma şəhərində Kolizeyin tikintisinə başlanılır. 72-74-cü illərdə alanların Cənubi Qafqazda Midiya və Atropatenaya qarşı yürüşləri başlanır.
Endosimbiyoz qaydası
'Endosimbiyoz qaydası' , eukariot hüceyrə orqanoid lərindən mitoxondri və plastit lərin mənşəyi ilə məşğul olur. Qayda söz mövzusu orqanoidlərin eukariot hüceyrələrlə birlikdə yaşamağa başlayan nüvəsinə canlı lardan mənşə aldığını irəli sürər. Mitoxondri, proteobakterilerden, kloroplast lar isə siyanobakteri lərdən inkişaf etmişdir. 1883-ci ildə Alman botanik Andreas Schimper işlərində yaşıl bitki lərdəki kloroplastların siyanobakterilerle bənzərliklər göstərdiyini müşahidə və yaşıl bitkilərin iki orqanizmin simbiyoz həyatından ortaya çıxdığını düşünmüşdü. Rus botanik Konstantin Mereschkowski bu işlərdən xəbərdar və 1905-ci ildə ilk dəfə endosimbiyoz nəzəriyyədən açıqca bəhs etmişdir. 1920-ci illərdə mitoxondrilərin endosimbiyotik keçmişi haqqındakı düşüncüler Ivan Wallin tərəfindən geliştirlmeye davam etdi. Başlanğıcda bu fərziyyələr nəzərə alınmadı.1960'larda elektron mikroskoplarıyla edilən koloroplastların və siyanobkaterilerin daha ətraflı müqayisələri və plastitlerin və mitoxondrilərin öz DNT 'larının olduğu kəşfi köhnə fikirlərin yenidən doğuşuna səbəb oldu. Endosimbiyoz fərziyyəsi Lynn Margulis tərəfindən yaradılmış və ondan sonra məşhurluq qazanmışdır. 1981-ci il tarixli Hüceyrə təkamülündə Ortaq Həyat (Symbiosis in Cell Evolution) adlı işində eukariot hüceyrələr mənşəyinin birlikdə yaşayan primitiv prokrayot canlı birliklərinə dayandığını müdafiə etmişdir. Lynn Margulis və Dorion Sagan'a görə "həyat dünyanı döyüşlə deyil dayanışmayla fəth etmişdir və Darvin 'in təbii seçilim e söykənən təkamül tezisi əskikdir".
Lopital qaydası
Lopital qaydası (teoremi) (həmçinin Bernulli — Lopital qaydası ) — funksiyaların limitinin tapılması metodudur. Bu metod ən çox 0 / 0 {\displaystyle 0/0} və ∞ / ∞ {\displaystyle \infty /\infty } qeyri-müəyyənliklərinin tapılmasında istifadə olunur. Metodu əsaslandıran teorem iddia edir ki, bəzi şərtlərdə funksiyaların əlaqəsinin limiti onların törəmələri limitinə bərabərdir. Lopital teoremi: lim x → a f ( x ) = lim x → a g ( x ) = 0 v e - y a ⁡ ∞ {\displaystyle \lim _{x\to a}{f(x)}=\lim _{x\to a}{g(x)}=0\operatorname {ve-ya} \infty } ; f ( x ) {\displaystyle ~f(x)} və g ( x ) {\displaystyle ~g(x)} --- a {\displaystyle ~a} ətrafında differensiallaşdırır; g ′ ( x ) ≠ 0 {\displaystyle g'(x)\neq 0} --- a {\displaystyle ~a} -nın ətrafında təyin olunur; lim x → a f ′ ( x ) g ′ ( x ) {\displaystyle \lim _{x\to a}{\frac {f'(x)}{g'(x)}}} olur, onda lim x → a f ( x ) g ( x ) = lim x → a f ′ ( x ) g ′ ( x ) {\displaystyle \lim _{x\to a}{\frac {f(x)}{g(x)}}=\lim _{x\to a}{\frac {f'(x)}{g'(x)}}} olar. Limitlər həmçinin birtərəfli ola bilər. Qeyri-müəyyənliklərin bu cür açılış üsulu 1696-cı ildə müəllifi Giyom Lopital olan "Analyse des Infiniment Petits" dərsliyində dərc edilmişdi. Metodu ilk kəşf edən İohan Bernulli məktubunda Lopitala bu haqda bildirmişdi.
Sahə qaydası
Sahə qaydası — təyyarələrin dizaynındakı bir qaydadır, bu səsə yaxın və ya supersonik sürətində dalğa müqavimətini azaltmağa imkan verir. Bu sürət aralığı müasir mülki və hərbi təyyarələr arasında ən çox istifadə olunur. Səsə yaxın uçuş sürətində hava axınının yerli sürəti, axının təyyarənin struktur elementləri ətrafında getdiyi yerlərdə, səs sürətinə çata bilər. Bu davranışın müşahidə olunduğu sürətin dəyəri təyyarənin dizaynından asılı olaraq dəyişir və kritik Max sayı adlanır. Belə yerlərdə yaranan şok dalğaları güclü sürətlə böyüyən bir müqavimətə malikdir. Bu müqavimət dalğa müqaviməti adlanır. Zərbə dalğalarının gücünü azaltmaq üçün təyyarənin kəsişmə sahəsi təyyarənin gövdəsi boyunca mümkün qədər rəvan şəkildə dəyişməlidir. Sahə qaydasında deyilir ki, kəsişən ərazinin eyni uzunlamasına paylanması olan iki təyyarə, bu sahənin eninə füzelyaj istiqamətində paylanmasından asılı olmayaraq eyni dalğa empedansına malikdir (yəni, füzelyajın özündə və ya qanadlarında). Üstəlik, güclü şok dalğalarının meydana gəlməməsi üçün bu paylama hamar olmalıdır. Bu qaydanın tətbiq edilməsinə bir nümunə, təyyarənin qaynaq hissəsinin qanadlarla qovşağında enməsi, kəsişən sahənin dəyişməməsi.
1% qaydası
1% qaydası — internet mədəniyyətində internet icması daxilində iştirakla bağlı ümumi qayda. Qaydada qeyd olunur ki, veb-sayt istifadəçilərinin yalnız 1%-i aktiv şəkildə yeni məzmun yaradır, qalan 99%-i isə sadəcə lurkerlik edir. Variantlara 1–9–90 qaydası (bəzən 90–9–1 prinsipi və ya 89:10:1 nisbəti adlanır) daxildir. Burada viki kimi birgə yaradılan veb-saytda icma iştirakçılarının 90%-nin yalnız məzmunu istehlak etdiyi, 9%-nin məzmunu dəyişdirdiyi və ya yenilədiyi, 1%-nin isə məzmun əlavə etdiyi qeyd olunur. Oxşar qaydalar informasiya elmində də məlumdur. Məsələn, Pareto prinsipi kimi tanınan 80/20 qaydası fəaliyyətin necə müəyyən edilməsindən asılı olmayaraq, qrupun 20 faizinin fəaliyyətin 80 faizini istehsal edəcəyini bildirir. 1% qaydasına əsasən, internet istifadəçilərinin təxminən 1%-i məzmun yaradır, 99%-i isə sadəcə həmin məzmunun istehlakçısıdır. Məsələn, bir forumda yazı yazan hər bir şəxsə qarşılıq təxminən 99 nəfər həmin foruma baxır, lakin mesaj yazmır. Bu termin müəllif və bloqqerlər Ben MakKonnell və Ceki Huba tərəfindən icad edilmişdir, baxmayaraq ki, əvvəllər eyni konsepsiyaya istinadlar bu addan istifadə etməmişdir. Onlayn fəaliyyətə istinad edərək, lurker termini internet icmasında başqaları ilə əlaqədə olmayan onlayn müşahidəçiyə istinad etmək üçün istifadə olunur.
Oktet qaydası
Oktet qaydası (oktet nəzəriyyəsi) — kovalent kimyəvi rabitələrin əmələ gəlməsinin səbəblərini izah etmək üçün G. N.Lyuis tərəfindən təklif edilmişdir. Bu qaydaya görə, molekullar əmələ gəldikdə, atomlar valentlik elektronlarını cüt-cüt paylaşaraq nəcib qazların elektron konfiqurasiyasına bənzər 8 elektron valentlik qabığına nail olmaq ehtiyacını ödəyirlər. Lyuisin bu fundamental kəşfi əhəmiyyətinə görə Elementlərin Dövri Qanunu və üzvi birləşmələrin quruluş nəzəriyyəsi kimi kəşflərlə eyni səviyyədədir. Oktet qaydasının yalnız məhdud sayda hallarda mövcud olduğuna dair geniş yayılmış inam, Elementlərin Dövri Qanununun universal olmadığı iddiası qədər yanlışdır. Oktet qaydasına "uyğunsuzluğun" bütün nümunələrini aşağıdakı üç qrupa bölmək olar: thumb Molekulu əmələ gətirən atomların valentlik elektronlarının cəmi təkdir. Buna misal olaraq, azot oksidi NO molekulunu göstərmək olar. Bu zaman azot atomunun (5) və oksigenin (6) valentlik elektronlarının cəmi 11-dir, ona görə də bu molekulda oksigen atomu səkkiz elektron qabığa çatır, azot atomu isə çatmır. Bu halda hər iki atomun səkkiz elektron qabığa çatması ilkin olaraq qeyri-mümkündür. Azot atomunun elektron qabığını doldurmaq istəyi bu molekulun kimyəvi reaktivliyini izah edir. Molekul üçmərkəzli rabitələr hesabına əmələ gəlir, məsələn, KI3.
72 (dəqiqləşdirmə)
72 — il. 72 (ədəd) — ədəd. 72 km (film, 2014) — film. E.ə. 72 — il. 72 — Culfa rayonunun avtomobil seriya nömrəsi.
72 (ədəd)
Yetmiş iki — say sistemində ədədlərdən biridir. Yetmiş birdən sonra, Yetmiş üçdən əvvəl gəlir. Yetmiş iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 4, 6, 8, 9, 12, 18, 24, 36 və 72 ədədlərinə qalıqsız bölünür.
ATR-72
ATR 72 – Fransız-İtalyan şirkəti olan ATR tərəfindən istehsal olunmuş cüt turbo-pəvanəli regional təyyarədir. 62-74 sərnişin oturma yeri olan təyyarə tək sinif konfiqurasiyasına malikdir. American Eagle Airlines, reys 4184, 31 oktyabr 1994 Rozenlou, İndiana ştatı, ABŞ. Qəzanın səbəbi: buz bağlaması. Qəzadan sonrakı dövrdə həm ATR şirkəti (buz əleyhinə səthin çəkilməsi), həm də American Eagle və Delta Connection şirkətlərinin (təyyarələrin ancaq xüsusi coğrafi şəraitdə – daha cənub zonalarda istifadəsi) gördüyü tədbirlərə baxmayaraq, təyyarə qanadlarının buz bağlaması səbəbindən qəza və insidentlər təkrarlanmışdır (Trans Asia Airways yük reysi 79, 21 dekabr 2002 və 2009-cu ildə daha kiçik ölçülü ATR-42 qəzaları). American Eagle Airlines reys 5401, 9 may 2004 San-Xuan, Puerto-Riko. Eniş zamanı qəzaya uğramışdır. 17 nəfərin xəsarət almasına baxmayaraq, hadisə nəticəsində ölən olmamışdır. Rusiyanın UTair şirkətinə məxsus UT-120 nömrəli reys üzrə Tümendən Surquta uçan təyyarə havaya qalxdıqdan dərhal sonra yerə çırpılmış və nəticədə 39 sərnişin və 4 heyət üzvü olan təyyarədə 31 nəfər hadisə yerində həlak olmuş, 2 nəfər isə bir neçə gün sonra xəstəxanada vəfat etmişdir. Hadisənin səbəbi kimi təyyarənin səthinin buz bağlaması və piotların qəza anında düzgün qərar qəbul etməməsi göstərilir.
ATR 72

NGC 72
NGC 72, Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Andromeda bürcü istiqamətində yerləşir. SBab tipli qalaktikadır. Vilyam Parsons tərəfindən 1855-ci ildə 182.88 sm (72 düymə) ölçülü reflektor vasitəsilə kəşf edilmişdir.
T-72
T-72 — sovet istehsalı olan əsas döyüş tankı. İstehsalına ilk dəfə 1971-ci ildə başlanmışdır. İkinci dünya müharibəsindən sonra ən çox istehsal olunan 2-ci tankdır, istehsal sayına görə yalnız T-54/55 tanklarından geri qalır. İndiyə qədər 20,000 ədəd bu tankdan istehsal edilmişdir. T-72 tankları ilk dəfə 1973-cü ildə istifadəyə verilib. İlk dəfə olaraq 1977-ci ildə görülmüşdür. T-64 ilə eyni zamanda hazırlanıb. T-64 ilə aralarında aşkar mexaniki və dizayn fərqləri vardır. T-64 ardıcıllığı bu gün T-80 ilə davam edərkən T-72 ardıcıllığı T-90 ilə davam etməkdədir. Körfəz müharibəsi zamanı İraqın bütün T-72 tankları ABŞ-nin termal kameralı M1 Abrams tankları tərəfindən məhv edilmişdir.
72 km
72 km qısametrajlı bədii filmi rejissor Səmimi Fərhad tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film "Nano Group Production"da istehsal edilmişdir. Film Laçın rayonunun işğalının 22-ci ildönümünə həsr olunub. Filmdə əsas rolları Eldar İmanov, Türkay Cəfərli, Lətifə Əliyeva, Tofiq Bayramov və Ağalar Bayramov ifa edirlər. Filmin sujet xəttində Qarabağ müharibəsi zamanı  atasını itirən bir gəncin vətənli günlərinin xatirəsindən yaranan vətənə qayıtmaq arzusu və köçkünlükdən sonra gördüyü bir simada bu arzunun yaratdığı daxili burulğan əsas mövzu kimi seçilmişdir.  Ramiz Qusarçaylının müəllifi olduğu və Xatirə Laçın tərəfindən filmə uyğunlaşdırılan "Qaytarın  geri!" şeirinin obrazların ifasında səslənməsi və kompozisiyanın sonunda Ehtiram Hüseynovun ifasında səslənən "Qarabağ şikəstəsi" sanki savaş cəngisidir. "72 km" məsafədən ruhən o torpaqlara səyahət  edən  obrazlar, filmi  izləyənləri də özləriylə bərabər bu səfərə bir daha yoldaş edir.. Film Qarabağ uğrunda canından keçən şəhidlərimizin ruhuna ithaf olunur. Facebook sosial şəbəkəsindəki "Laçın və laçınlılar" qrupunun idarəçilərinin təşəbbüsü və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin maliyyə dəstəyi ilə ərsəyə gələn filmin rejissoru Səmimi Fərhaddır. Filmdə səslənən musiqinin aranjımançısı Vüqar Camalzadə, balabanda ifa edən Əlixan Səmədov, ifalar isə Akif İslamzadə və Ehtiram Hüseynova məxsusdur. Filmin çəkilişlərinə İbrahim Mirzəyev, Ziyadxan Məmmədov, Xatirə Laçın, Siyavuş Əmirli, Ramil Cəbrayıl, Elçin Bəbirov, həmçinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsi köməklik etmişlər.
Eynşteyn cəmləmə qaydası
Eynşteyn cəmləmə qaydası Albert Eynşteyn tərəfindən, Ümumi Nisbilik Nəzəriyyəsi yazılarkən daha qısa və anlaşıqlı dildə cəmləmə əməliyyatını( ∑ {\displaystyle \sum } ) ifadə etmək məqsədilə gətirilib. Sonralar bu nəzəriyyədən istifadə edən digər alimlər arasında da bu ifadə tərzi yayılmağa başladı. Qayda ondan ibarətdir ki, hər hansı növ tenzorlardan, koordinatlardan ibarət birhədlidə eyni simvol həm alt indeks, həm də üst indeks kimi yazılırsa, bu, o birhədlidə həmin indeks üzrə bütün komponentlərin bir-birilə cəmlənməsi anlamına gəlir: x α x α = ∑ α = 0 m x α x α {\displaystyle x^{\alpha }x_{\alpha }=\sum _{\alpha =0}^{m}{x^{\alpha }x_{\alpha }}} Bu, x → {\displaystyle {\vec {x}}} yerdəyişmə vektoru üçün uzunluğun kvadratı( | x → | 2 {\displaystyle |{\vec {x}}|^{2}} ) düsturu olub, x α {\displaystyle x^{\alpha }} — x → {\displaystyle {\vec {x}}} yerdəyişmə vektorunun α {\displaystyle \alpha } koordinatını, x α {\displaystyle x_{\alpha }} — x ~ {\displaystyle {\tilde {x}}} yerdəyişmə kovektorunun α {\displaystyle \alpha } koordinatını( x α = g α λ x λ {\displaystyle x_{\alpha }=g_{\alpha \lambda }x^{\lambda }} ), m — koordinatların sayını göstərir. İki V → = ( V 0 , V 1 , V 2 , V 3 ) {\displaystyle {\vec {V}}=(V^{0},V^{1},V^{2},V^{3})} və U → = ( U 0 , U 1 , U 2 , U 3 ) {\displaystyle {\vec {U}}=(U^{0},U^{1},U^{2},U^{3})} vektoru verilirsə bu vektorların skalyar hasili Eynşteyn cəmləmə qaydası ilə daha qısa şəkildə belə ifadə olunar: V → ⋅ U → = V α U α = V 0 U 0 + V 1 U 1 + V 2 U 2 + V 3 U 3 , U α = g α λ U λ {\displaystyle {\vec {V}}\cdot {\vec {U}}=V^{\alpha }U_{\alpha }=V^{0}U_{0}+V^{1}U_{1}+V^{2}U_{2}+V^{3}U_{3},\quad U_{\alpha }=g_{\alpha \lambda }U^{\lambda }} burada g α λ {\displaystyle g_{\alpha \lambda }} — metrik tenzordur. Evklid fəzasının metrikası diaqonal olduğundan və sıfırdan fərqli bütün komponentləri vahidə bərabər olduğundan( g α β = δ β α {\displaystyle g_{\alpha \beta }=\delta _{\beta }^{\alpha }} ) skalyar hasil V → ⋅ U → = V 0 U 0 + V 1 U 1 + V 2 U 2 + V 3 U 3 {\displaystyle {\vec {V}}\cdot {\vec {U}}=V^{0}U^{0}+V^{1}U^{1}+V^{2}U^{2}+V^{3}U^{3}} formasını alır.
Hibbsin fazalar qaydası
Hibbsin fazalar qaydası — ilk dəfə fazalar qaydası adı ilə 1876-cı ildə amerika alimi V.Hibbs tərəfindən verilmişdi. Tarazılıq halında olan sistemdə fazalar sayı (F), sərbəstlik dərəcəsi (S) və asılı olmayan komponentlər sayı (K) bir-biri ilə aşağıdakı sadə nisbət üzrə əlaqədardır: S+F=K+2 asılılığından sərbəstlik dərəcəsinin sayı tapılarkən, komponentlər sayından fazalar sayı çıxılır və alınan fərqin üzərinə 2 gəlinir. S=K-F+2 fazalar qaydasına əsasən sistemlərin komponentlər sayına, fazalar sayına və sərbəstlik dərəcəsi sayına görə müəyyən təsnifatı mövcuddur. Birkomponentli sistem üçün (K=1) yuxarıda göstərilən bərabərlik belə şəkil alır: S=3-F fazalar sayı da bir olduqda sistem ikivariantlı, yəni sərbəstlik dərəcəsinin sayı 2-yə bərabər olur. Sərbəstlik S=3–1=2 dərəcəsinin 2 olması o deməkdir ki, müəyyən həddə cictemin halını müəyyən edən parametrlərdən ikisi, məsələn təzyiq və temperatur dəyişdirilərsə, sistemin halı dəyişmir. sistemdə fazalar sayı vahiddən az ola bilmədiyindən, birkomponenetli sistem bundan artıq sərbəstlik dərəcəsi sayına malik ola bilməz. Belə sistemə misal buz, maye, su və ya su buxarı ola bilər. İki faza arasındakı tarazılıq halında sistem birvariantlıdır: S=3–2=1 Bunun misalı buz↔su, su↔buxar və ya buz↔buxar sistemləri ola bikər. Üç faza arasındakı tarazılıq halında sistem variantsızdır (nonvariantdır): S=3–3=0 bu hala misal müvazinətdə olan buz↔su↔su buxarı ola bilər. Sərbəstlik dərəcəsinin sıfra bərabər olması o deməkdir ki, sistemin heç bir parametri dəyişdirilə bilməz.
Qoldşmidtin fazalar qaydası
Qoldşmidtin fazalar qaydası - tarazlıq vəziyyətində eyni vaxtda mövcud olan mineralların sayı ilə süxuru təşkil edən sərbəst komponentlərin sayı arasında asılılıq qanunauyğunluğu. Qoldşmidtin fazalar qaydası qısa ifadəsi belədir: "İstənilən təzyiq və temperaturda n sayda komponentdən n-dən artıq mineral sabit müvazinət halında birgə mövcud ola bilməz". Qoldşmidt bu qaydanı qapalı sistemlərə aid etmişdir. Mineral Süxur Təzyiq Temperatur Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Sağ əl qaydası
Sağ əl qaydası — naqildə yaranan induksiya cərayanının istiqamətini təyin edən qayda: sağ əl elə tutulur ki, maqnit sahəsinin qüvvə xətləri ovuca daxil olsun və onunla 90-li bucaq təşkil edən baş barmaq naqilin hərəkət istiqamətinə yönəlsin, bu zaman dörd barmağın vəziyyətini naqildəki induksiya cərəyanının istiqamətini göstərir.
Sol əl qaydası
Sol əl qaydası-naqildən axan cərəyan, maqnit qüvvə xətləri, və cərəyanlı naqilə təsir edən qüvvə istiqamətləri arasındakı əlaqəni müəyyənləşdirir. Bu qaydaya görə maqnit qüvvə xərləri açılmış sol əlin içərisinə daxil olduqda dörd barmaq cərəyan istiqamətində yönəlirsə açılmış baş barmaq keçiriciyə təsir edən Amper qüvvəsinin istiqamətini göstərəcək.
"Chatham House" qaydası
"Chatham House" qaydası — görüşə gələn hər kəsin müzakirədə verilən məlumatlardan istifadə etməkdə sərbəst olması, lakin həmin xüsusi şərhi kimi verdiyini açıqlamağa icazə verilmədiyi qayda. Bu, müzakirələrin daha da açıq olması üçün nəzərdə tutulmuşdur. Qayda mübahisəli mövzular üzrə debatlar və diskussiya panelləri keçirmək üçün yaradılmış bir sistemdir. Bu qayda 1927-ci ilin iyununda təsis edilmiş Kral Beynəlxalq Münasibətlər İnstitutunun Londonda yerləşən qərargahının adını daşıyır. Qayda 1927-ci ildə yaradılmış və 1992-ci ildə təkmilləşdirilmişdir. Tərkibinə sonuncu dəfə 2002-ci ildə dəyişiklik edilmiş qaydada qeyd olunur: Bəzi hallarda "Chatham House" qaydalarına istinad edilir. Bununla belə, "Chatham House" bildirmişdir ki, bu, bir qaydadan ibarət olduğuna görə tək halında istifadə edilməlidir. Qayda dövlət siyasətinin və cari məsələlərin müzakirəsinin daha açıq formada aparılmasını təşviq etmək üçün nəzərdə tutulmuşdur. Bu, insanlara öz karyeraları üçün risk yaratmadan, işəgötürənlərinin rəyindən və baxışından aydın şəkildə ayrı olan mübahisəli fikirləri və arqumentləri ifadə və müzakirə etmək üçün imkan yaradır. 1927-ci ildə yaradılmış orijinal qaydaya 1992-ci ilin oktyabrında və yenidən 2002-ci ildə dəyişikliklər edilmişdir.
72-ci il
72-ci il (Yetmiş ikinci il) — Cümədən başlayan uzun il. Roma şəhərində Kolizeyin tikintisinə başlanılır. 72-74-cü illərdə alanların Cənubi Qafqazda Midiya və Atropatenaya qarşı yürüşləri başlanır.
E.ə. 72
72 km (film, 2014)
72 km qısametrajlı bədii filmi rejissor Səmimi Fərhad tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film "Nano Group Production"da istehsal edilmişdir. Film Laçın rayonunun işğalının 22-ci ildönümünə həsr olunub. Filmdə əsas rolları Eldar İmanov, Türkay Cəfərli, Lətifə Əliyeva, Tofiq Bayramov və Ağalar Bayramov ifa edirlər. Filmin sujet xəttində Qarabağ müharibəsi zamanı  atasını itirən bir gəncin vətənli günlərinin xatirəsindən yaranan vətənə qayıtmaq arzusu və köçkünlükdən sonra gördüyü bir simada bu arzunun yaratdığı daxili burulğan əsas mövzu kimi seçilmişdir.  Ramiz Qusarçaylının müəllifi olduğu və Xatirə Laçın tərəfindən filmə uyğunlaşdırılan "Qaytarın  geri!" şeirinin obrazların ifasında səslənməsi və kompozisiyanın sonunda Ehtiram Hüseynovun ifasında səslənən "Qarabağ şikəstəsi" sanki savaş cəngisidir. "72 km" məsafədən ruhən o torpaqlara səyahət  edən  obrazlar, filmi  izləyənləri də özləriylə bərabər bu səfərə bir daha yoldaş edir.. Film Qarabağ uğrunda canından keçən şəhidlərimizin ruhuna ithaf olunur. Facebook sosial şəbəkəsindəki "Laçın və laçınlılar" qrupunun idarəçilərinin təşəbbüsü və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin maliyyə dəstəyi ilə ərsəyə gələn filmin rejissoru Səmimi Fərhaddır. Filmdə səslənən musiqinin aranjımançısı Vüqar Camalzadə, balabanda ifa edən Əlixan Səmədov, ifalar isə Akif İslamzadə və Ehtiram Hüseynova məxsusdur. Filmin çəkilişlərinə İbrahim Mirzəyev, Ziyadxan Məmmədov, Xatirə Laçın, Siyavuş Əmirli, Ramil Cəbrayıl, Elçin Bəbirov, həmçinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsi köməklik etmişlər.
"Həyatın 12 qaydası: Xaos üçün antidot"
"Həyatın 12 qaydası: Xaos üçün antidot" — 2018-ci ildə kanadalı klinik psixoloq və psixologiya üzrə professor Cordan Piterson tərəfindən yazılmış özünə yardım kitabı. Müəllif kitabda abstrakt əxlaqi prinsiplər, psixologiya, mifologiya, din və şəxsi təcrübələr haqqında yazılmış esselər vasitəsilə insanlara həyat məsləhəti verir. Kitab 2018-ci il yanvarın 16-da Birləşmiş Krallıqda, yanvarın 23-də isə Kanadada nəşr olunmuş, 3 milyondan çox nüsxəsi satılmışdır. Çiyinlərinizi dik tutub düz dayanın. Özünüzə kömək etmək cavabdehliyinizin olduğu biri kimi davranın. Sizin üçün hər şeyin ən yaxşısını istəyən insanlarla dost olun. Özünüzü dünən olduğunuz halınızla müqayisə edin, başqasının bugünkü halı ilə yox. Övladlarınıza sizin onları sevməmənizə səbəb olan şeyləri etməyə icazə verməyin. Dünyanı tənqid etməzdən əvvəl öz evinizi səliqəyə salın. Əlverişli olanı yox, mənalı olanı edin.
Həyatın 12 qaydası: Xaos üçün antidot

72 saylı Yardımlı-Masallı seçki dairəsi

Значение слова в других словарях